Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Paşinyanın Aparatı Azərbaycana veriləcək əraziləri xəritədə göstərdi

Qazaxın 4 kəndi bu tarixə qədər Azərbaycana geri qaytarılacaq

Rusiya sülhməramlıları Qarabağı belə tərk edir - VİDEO

Küçəyə atılan professorun kirayə pulunu Heydər Əliyev Fondu ödəyəcək

Xankəndi şəhərinə DYP rəisi təyin edildi

Azərbaycan 4 kəndlə bərabər bu su anbarını da nəzarətə götürəcək

"Sədərək Yusif"lə sahibkar arasında 300 min manatlıq qalmaqal davam edir

"Çünki Rusiya, Türkiyə və İranı üz-üzə gətirəcək meydança indi məhz Azərbaycandır!" - Şərh

Xocalı soyqırımından 32 il ötür

Müharibədən sonra 13 kütləvi məzarlıq aşkar edilib

Sığortaçılar Assosiasiyası qazinin ipoteka borcunu silmir - ŞİKAYƏT

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına YÜKSƏLDİ

Bu gün İrəvanda Paşinyan əleyhinə mitinq keçiriləcək

Məhv edilən 4 erməni hərbçini DSX-nin snayperləri vurubmuş

"Vətən Savaşından sonra Rusiya ilə imzaladığımız bu mühüm sənədi hələ də görməzdən gəlir" - Şərh

Rusiya sülhməramlılarının 9 noyabr 2020-ci il razılaşmasında göstərilən vaxtdan daha tez Azərbaycan ərazisindən çıxarılması ölkəmizdə 3 il 5 ay boyunca aparılan Qərb təbliğatını alt-üst etməklə, bir daha təsdiqlədi ki, Rusiya prezidenti Vladimir Putinlə Azərbayan prezidenti İlham Əliyev arasında qarşılıqlı inam və etibara əsaslanan çox sağlam və sabit münasibətlər mövcuddur.

Bu münasibətlərin faydasını 2020-ci ilin 44 günlük savaşında və 2023-cü ilin 20 sentyabrındakı antiterror tədbirlərində hər birimiz gördüyümüz kimi, ikitərəfli əlaqələrin perspektivini də 22 fevral 2022-ci ildə imzlanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfilik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” müəyyənləşdirir.

Təəssüf ki, Azərbaycandakı ekspert və siyasətçilərimizin əksəriyyəti ya savadsızlıqdan, ya da başqa maraqlara xidmət etdiklərindən, Vətən Savaşından sonra Rusiya ilə imzaladığımız bu mühüm sənədi hələ də görməzdən gəlirlər.

Bu sənədi oxusaydılar, müharibəni qalibiyyətlə bitirmiş ölkə rəhbərinin imzasına, mövqeyinə hörmət etsəydilər və Qərbin Rusiya əleyhinə apardığı təbliğata xidmət etməsəydilər, anlayardılar ki, Azərbaycan regionun təhlükəsizliyi və region ölkələrinin əməkdaşlığı ilə bağlı məsələlərdə, xüsusən də Qərbin Cənubi Qafqazda yürütdüyü fitnəkar siyasətə qarşı qardaş Türkiyə ilə yanaşı, həm də Rusiya ilə birgə addımlayır, ortaq hərəkət edir.

Rusiya sülhməramlılarının vaxtından tez ərazimizdən çıxmasına amerikalıların qəzəbli reaksiyası isə bir daha təsdiqləyir ki, onlar Əliyevlə Putin arasındakı etibarlı munasibətlərdən bərk narahatdırlar, Azərbaycanın müharibədən sonra region ölkələrinin təhlükəsizliyi və əməkdaşlığı üçün təklif etdiyi “3+3” formatının gerçəkləşməsi imkanlarının qarşısını almağı bacarmadıqlarının fərqindədilər və bu, Qərbin 30 illik Cənubi Qafqaz strategiyasının da iflası deməkdir.

Böyük ehtimalla, Qərbin ciddi zərbə alacağı növbəti Cənubi Qafqaz respublikası seçkilərə hazırlaşan qonşu Gürcüstan olacaq.

Elxan Şükürlü